“Fənərbağça” yeni hücumçu transfer edir

5 May 2026 12:58
131
“Fənərbağça” yeni hücumçu transfer edir

Türkiyənin “Fənərbağça” futbol komandası yeni mövsüm öncəsi heyətini gücləndirmək məqsədilə böyük transfer əməliyyatına start verib. İstanbul klubu Almaniyanın “Borussiya Dortmund” futbol komandasında çıxış edən Seru Qirassini transfer siyahısına daxil edib.

İdman.Biz xəbər verir ki, rəhbərliyin qvineyalı hücumçunu heyətə qatmaq üçün rəsmi danışıqlara başladığı bildirilir. 30 yaşlı forvardla aparılan görüşlərdə müsbət irəliləyişlərin əldə olunduğu və Qirassinin özünün də “Fənərbağça”ya gəlməyə müsbət yanaşdığı qeyd edilir.

Transferlə bağlı hazırlanan ətraflı dosye klubda keçiriləcək seçkilərdən sonra fəaliyyətə başlayacaq yeni rəhbərliyə təqdim olunacaq. Keçidlə bağlı yekun qərarın məhz seçki sonrası aparılacaq qiymətləndirmələrlə dəqiqləşəcəyi gözlənilir.

Seru Qirassi cari mövsümdə Almaniya klubunun forması ilə çıxdığı 44 matçda 20 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz