Fabreqasdan “Çelsi” cavabı: “Bu, axmaqlıq olardı!”

24 Aprel 2026 21:28
179
Fabreqasdan “Çelsi” cavabı: “Bu, axmaqlıq olardı!”

İtaliyanın “Komo” futbol komandasının sükanı arxasında uğurlu çıxışı ilə diqqət çəkən Sesk Fabreqas, İngiltərənin “Çelsi” futbol komandasına baş məşqçi təyin olunacağı ilə bağlı yayılan şayiələrə son qoyub.

İdman.Biz xəbər verir ki, aprelin 22-də Liam Rosenyoru istefaya göndərən London təmsilçisinin namizədləri arasında ispaniyalı mütəxəssisin də adının hallanması “Komo” düşərgəsində səssiz qalmayıb.

Fabreqas bu barədə danışmağın mənasız olduğunu bildirib. O, karyerasını hazırkı klubunda davam etdirmək niyyətində olduğunu vurğulayıb:

“Bu barədə deməyə sözüm yoxdur. İndi bu haqda düşünmək axmaqlıq olardı. Hətta prezidentimizin də bu mövzuda hər hansı açıqlamasını görməmişəm. İnanıram ki, baş məşqçi karyerama “Komo”da davam edəcəyəm”.

2024-cü ilin yayından İtaliya klubuna rəhbərlik edən Fabreqasın rəhbərliyi altında komanda İtaliya A Seriyasında parlaq mövsüm keçirir. Keçirilən 33 turdan sonra 58 xal toplayan “Komo” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. İspaniyalı mütəxəssisin klubla 2028-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi var və o, layihəyə sadiq qalmağı planlaşdırır.

İdman.Biz