Marko Yankoviç hakimə hücum çəkdi - VİDEO

24 Aprel 2026 21:15
204
Marko Yankoviç hakimə hücum çəkdi - VİDEO

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması olan “Sabah” - “Qarabağ” matçından sonra meydanda və tuneldə gərgin anlar yaşanıb. Azərbaycanın “Qarabağ” futbol komandasının monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç oyunun son fitindən sonra hakim idarəçiliyinə kəskin etiraz edib və buna görə qırmızı vərəqə alıb.

İdman.Biz xəbər verir ki, Yankoviçi özündən çıxaran matçın 90+6-cı dəqiqəsində referi Rəvan Həmzəzadənin penalti təyin etməməsi olub.

CBC Sport-un yaydığı görüntülərə görə futbolçunun etirazı paltardəyişmə otağına gedən tuneldə də davam edib və Yankoviç yenidən hakimlər briqadasına hücum çəkməyə cəhd göstərib. Monteneqrolu oyunçunu həmin yerdə baş məşqçi Qurban Qurbanov uzaqlaşdırıb.

İdman.Biz