“Fənərbağça”dan “Qalatasaray”a sərt reaksiya: “Bu, həyasızlıqdır...”

24 Aprel 2026 14:40
176
“Fənərbağça”dan “Qalatasaray”a sərt reaksiya: “Bu, həyasızlıqdır...”

“Fənərbağça” klubunun rəsmiləri derbi öncəsi “Qalatasaray”la sosial şəbəkələrdə yaranan söz atışması ilə bağlı açıqlama veriblər.

İdman.Biz bu barədə Türkiyə KİV-ə istinadən məlumat yayıb.

Belə ki, “Qalatasaray” derbiyə hakim Yasin Kolun təyinatından sonra bəyanat yayaraq Türkiyə Futbol Federasiyası hazırkı rəhbərliyi ilə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Buna cavab olaraq “Fənərbağça” rəhbərliyi əvvəlcə sosial şəbəkə hesabında “Sarı vərəqəni göstərmə... Qırmızı vərəqəni çıxarma... VAR-a getmə... Penalti vermə... Bəzi mövzuları açma... Mövsüm ərzində bütün kritik epizodlarınız müzakirə mövzusu idi. İndi isə "əlaqələr dayandırıldı"... Növbə bu matçdadır?” sözləri ilə reaksiya verib.

Daha sonra “A Spor” açıqlama verən “Fənərbağça” rəsmiləri “Qalatasaray”ın bəyanatını sərt tənqid edərək “bu, həyasızlıqdır” ifadəsini işlədiblər.

“Belə müzakirələrin içində olmaq istəmirdik. Lakin rəqibimiz davamlı şəkildə ayrıcalıq tələb etdiyi üçün biz də açıqlama vermək məcburiyyətində qaldıq. Derbi öncəsi atmosferi gərginləşdirən tərəf “Qalatasaray”dır. Biz isə meydana çıxıb mübarizəmizi göstərəcəyik”, - deyə klub rəsmiləri bildirib.

Əlavə edək ki, “Qalatasaray” - “Fənərbağça” derbisi 26 apreldə baş tutacaq.

İdman.Biz