DÇ-2026-ya gedən somalili hakimi ABŞ-a buraxmayıblar

8 İyun 2026 23:13
620
DÇ-2026-ya gedən somalili hakimi ABŞ-a buraxmayıblar

Somalili hakimi Ömər Artan 2026-cı il dünya çempionatında oyunları idarə etmək üçün ABŞ-a daxil ola bilməyib.

İdman.Biz bu barədə jurnalist Romen Molinaya istinadən bildirir.

O, turnirin 52 hakiminin siyahısındadır. Artanın diplomatik pasportu var, lakin Mayami hava limanında ona giriş icazəsi verilməyib və heç bir səbəb olmadan dərhal Türkiyəyə geri göndərilib.

Artan dünya çempionatı final mərhələsinin hakimlər siyahısına daxil edilən ilk Somalili hakimdir. 2025-ci ildə o, Afrikanın ən yaxşı hakimi seçilib.

Somali vətəndaşları üçün ABŞ-a giriş məhdudiyyətləri mövcuddur: əksəriyyətinə müəyyən növ vizalar verilmir. Diplomatlara və ABŞ-ın milli maraqları üçün səyahətləri vacib olanlara istisnalar edilir.

İdman.Biz