“Bavariya”nın futbolçusu ilə bağlı qalmaqal

24 Aprel 2026 11:53
189
“Bavariya”nın futbolçusu ilə bağlı qalmaqal

Almaniyanın “Bavariya” klubunun futbolçusu Maykl Olisenin adı qalmaqalda hallanır.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Fatima adlı qadın övladının atasının məhz Olise olduğunu iddia edib.

Qadının sözlərinə görə, futbolçu onları tək qoyub və qızına heç bir qayğı göstərmir: “Maykl Olise qızımın atasıdır. Təəssüf ki, o, bizi yarı yolda qoydu, artıq bir neçə aydır körpəmlə tək qalmışıq”.

Maykl Olise isə bu iddialara hələlik münasibət bildirməyib.

Qeyd edək ki, yarımmüdafiəçinin “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun dəyərini 140 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: