İspaniyanın “Real” futbol komandasının sabiq ulduzu Kazemiro “Mançester Yunayted”ə keçdikdən sonra karyerasında yeni zirvələri fəth etməkdədir. 2025/26 mövsümündə nümayiş etdirdiyi möhtəşəm forma ilə diqqət çəkən təcrübəli yarımmüdafiəçi artıq İngiltərə klubunun heyətində 157 oyunun keçirib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu hazırda klubun soyunub-geyinmə otağında ən titullu oyunçu hesab olunur. Karyerası ərzində 23 böyük kubok qazanan Kazemiro bu göstəricidə komanda yoldaşları Lisandro Martines və Bruno Fernandeşi xeyli qabaqlayır.
Onun kolleksiyasında beş Çempionlar Liqası kuboku, üç La Liqa çempionluğu və Braziliya millisi ilə qazanılmış 2019-cu ilin Kopa Amerika titulu var.
Məlumata görə, 34 yaşlı futbolçunun statistikası təkcə klub səviyyəsində deyil, milli komandada da heyranedicidir. Braziliya seçməsində 62 oyun keçirən ulduz futbolçu “Mançester Yunayted”in orta sahəsinin "vuran ürəyi" hesab edilir.
Onun bu uğurları 2023/24 mövsümündə aldığı və onu 62 gün meydanlardan uzaq qoyan ağır bud nahiyəsi zədəsindən sonra geri qayıtması fonunda daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, "San-Paulu" akademiyasından çıxan və "Portu"da inkişaf edən Kazemiro futbol tarixinin ən bahalı və uğurlu dayaq yarımmüdafiəçilərindən biri kimi adını tarixə yazdırıb.
