“Turan Tovuz”dan ayrılan Azərbaycan millisinin üzvü Filip Ozobiç karyerasını ölkəmizdə davam etdirəcək.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, xorvat futbolçu “Zirə” ilə danışıqlar aparır.
Tərəflərin ilkin mərhələdə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Filip Ozobiç karyerası ərzində Azərbaycanda “Qəbələ”, “Qarabağ”, “Neftçi” və “Turan Tovuz” klublarında çıxış edib.
