Patrik Dorqu “Liverpul”la oyunda meydanlara qayıtmağı hədəfləyib

24 Aprel 2026 05:42
628
Patrik Dorqu “Liverpul”la oyunda meydanlara qayıtmağı hədəfləyib

“Mançester Yunayted” futbol klubunun gənc və istedadlı cinah oyunçusu Patrik Dorqunun yaşıl meydanlara qayıdacağı tarix bəlli olub. Yanvarın sonundan bəri zədə səbəbindən komandadan ayrı qalan danimarkalı futbolçu Premyer Liqanın 35-ci turu çərçivəsində keçiriləcək “Liverpul” matçında iştirak etmək niyyətindədir.

İdman.Biz “SullyTalkz” portalına istinadla xəbər verir ki, bud nahiyəsindən aldığı zədəni tam sağaltmaq üzrə olan 21 yaşlı oyunçunun yaxın günlərdə ümumi məşqlərə qoşulacağı gözlənilir. Yanvarın 25-də “Arsenal”la keçirilən və 3:2 hesabı ilə başa çatan matçda zədələnən Dorqu, həmin vaxtdan bəri 10 həftədən çoxdur ki, bərpa prosesi keçir.

Qeyd edək ki, Maykl Kerrikin rəhbərliyi altında parlaq oyun nümayiş etdirən gənc ulduz zədələnməzdən əvvəl ardıcıl olaraq həm “Mançester Siti”, həm də “Arsenal”ın qapısına yol tapmışdı. Mayın 3-də “Old Trafford”da baş tutacaq “Mançester Yunayted” - “Liverpul” qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

İdman.Biz