La Liqada VAR-ın “Barselona” əleyhinə səhvləri açıqlandı - FOTO

23 Aprel 2026 22:37
639
La Liqada VAR-ın “Barselona” əleyhinə səhvləri açıqlandı - FOTO

İspaniya La Liqasında cari mövsüm ərzində VAR sisteminin yol verdiyi ciddi səhvlərin statistikası məlum olub.

İdman.Biz “ArchivoVAR” nəşrinə istinadla xəbər verir ki, texnologiya mövsümün geridə qalan hissəsində ümumilikdə səkkiz dəfə yanlış qərar verib. Bu səhvlərin paylanması isə maraqlı mənzərə yaradıb. Belə ki, yanlış qərarların dördü birbaşa “Barselona” klubunun əleyhinə olub.

Qalan dörd səhv isə çempionatda iştirak edən digər 19 klub arasında bölünüb. Bu statistika “Barselona”nın hakim və VAR qərarlarından ən çox zərər çəkən komanda olduğunu göstərir.

İdman.Biz