“Zirə”nin qapıçısı: “Finala tam haqq edərək çıxmışıq” - MÜSAHİBƏ

23 Aprel 2026 18:39
166
“Zirə”nin qapıçısı: “Finala tam haqq edərək çıxmışıq” - MÜSAHİBƏ

“Biz bu finala tam haqq edərək çıxmışıq - bütün turnir boyu qapımızdan qol buraxmamışıq”.

Bunu “Zirə”nin qapıçısı Tyaqo Silva futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

Finalda “Sabah”la qarşılaşacaqsız…

– Bizim üçün fərq etmirdi, əsas diqqətimizi öz oyunumuza yönəltmişik. İndi rəqibimiz “Sabah”dır – çox keyfiyyətli və istedadlı futbolçuları olan komandadır, onlara qarşı oynamaq çətindir. Onlara qarşı ən yaxşı strategiyanı tapmalıyıq. Bununla belə qeyd etmək istəyirəm ki, həm “Qarabağ”, həm də “Sabah” finala layiq idi və belə gözəl oyundan sonra nəticənin bir qədər uğursuz sonluqla bitməsi təəssüf doğurur. Hər iki komandanı yarımfinaldakı yüksək səviyyəli oyunlarına görə təbrik edirəm.

– Komanda Azərbaycan Kubokunu qazana bilərmi?

– Biz bu finala tam haqq edərək çıxmışıq - bütün turnir boyu qapımızdan qol buraxmamışıq. Güclü rəqibləri məğlub etmişik və buna görə də layiqli finalçılarıq. İnanırıq ki, kuboku qazanmağa da layiqik və klub tarixində ilk kuboku qazana bilərik. Biz tarix yazmaq istəyirik.

– Kubok finalına yüksəlməyin yaratdığı həyəcan çempionatdakı çıxışınıza təsir edə bilərmi? Qarşıdakı “Turan Tovuz” oyunu ilə bağlı nə düşünürsünüz?

– Xeyr, bu bizə təsir etməyəcək. Çünki əsas məqsədimiz Avrokuboklara vəsiqə qazanmaqdır və bu yer uğrunda “Turan Tovuz” və “Neftçi” ilə mübarizə aparırıq. Çempionatın sonuna qədər mübarizəni davam etdirməliyik. Finala yüksəlmək bizi sevindirsə də, qarşıdakı liqa oyunlarının vacibliyini yaxşı anlayırıq. “Turan Tovuz”un yenə aqressiv və hücumameyilli oynayacağını gözləyirik. Amma bu dəfə biz də eyni şəkildə oynayacağıq, çünki yeganə məqsədimiz qələbə qazanmaqdır. Ümid edirəm ki, azarkeşlər üçün maraqlı və baxımlı oyun olacaq.

İdman.Biz