AFFA-dan “Sabah” - “Qarabağ” oyunundakı hakim qəraları barədə açıqlama - VİDEO

23 Aprel 2026 19:38
179
AFFA-dan “Sabah” - “Qarabağ” oyunundakı hakim qəraları barədə açıqlama - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Bizon Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilmiş “Sabah” - “Qarabağ” oyunundakı mübahisəli epizodları şərh edib.

İdman.Biz xəbər verir ki, açıqlamsda ilk olaraq Koxalskinin aldığı qırmızı vərəqə dəyərləndirilib və hakimin verdiyi qərarın ədalətli olduğu bildirilib.

Daha sonra oyunun ən mübahisəli epizodu olan 96-cı dəqiqədəki penalti gözləntisi dəyərləndirilib. VAR tərəfindən mümkün əllə oyun epizodu yoxlanılıb və təkrar izləmə zamanı topun qısa məsafədən rəqibin əlinə dəydiyi, oyunçunun əlinin təbii vəziyyətdə olduğu, bədəni süni şəkildə genişləndirmədiyi qənaətinə gəlinib. Bu, futbol oyun qaydalarına və əllə oyun meyarlarına əsasən penalti təyin olunmaması, oyunun davam etdirilməsi qərarı AFFA Hakimlər Komitəsinin mövqeyinə görə tam doğru hesab edilib.

Xatırladaq ki, sözügedən oyun "Sabah"ın "Qarabağ" üzərində 2:1 (4:3) hesabı ilə qələbəsi ilə başa çatıb. Finalda "Sabah"ın rəqibi "Zirə" komandası olacaq.

İdman.Biz