Meksika-CAR oyunundan əvvəl halı pisləşən azarkeş ölüb

12 İyun 2026 04:12
73
Meksika-CAR oyunundan əvvəl halı pisləşən azarkeş ölüb

Meksika və CAR arasında açılış oyunundan bir neçə dəqiqə əvvəl “Azteca” stadionunun yaxınlığında huşunu itirən azarkeş ölüb.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Patrisiya Estrada xəbər verib.

Daha əvvəl həkimlərin bir kişiyə ürək-ağciyər reanimasiyası əməliyyatı keçirdiyini göstərən video yayılmışdı. Bildirilirdi ki, 40 yaşlı azarkeş stadiona daxil olduqdan sonra infarkt keçirib.

Meksika – CAR matçı 2:0 hesabı ilə birincilərin xeyrinə qurtarıb.

İdman.Biz