“Mançester Siti” Enso Fernandeslə maraqlanır

23 Aprel 2026 19:28
122
“Mançester Siti” Enso Fernandeslə maraqlanır

İngiltərinin “Mançester Siti” futbol klubu yay transfer pəncərəsi üçün iddialı addım atmağa hazırlaşır. Klub “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandesin xidmətində maraqlıdır.

İdman.Biz “Goal” nəşrinə istinadla xəbər verir ki, “şəhərlilər”in rəhbərliyi argentinalı dünya çempionunu yayda komandadan ayrılacağı dəqiqləşən Bernardo Silvanın əvəzləyicisi kimi görür. Mançester təmsilçisi ulduz futbolçunu transfer edərək yarımmüdafiə xəttini daha da gücləndirmək niyyətindədir.

Ensonun “Çelsi” ilə 2032-ci ilə qədər müqaviləsi olsa da, London klubunun maliyyə vəziyyəti və Çempionlar Liqasından kənarda qalma ehtimalı bu transferi reallaşdıra bilər. Məlumata görə, “Siti” rəhbərliyi artıq bu keçid üçün ciddi büdcə ayırmağa hazırdır.

İdman.Biz