İspaniya millisinin hücumçusu Mikel Oyarzabal komandasının DÇ-2026 matçında Kabo-Verde ilə oyununda dünya çempionatlarının rekorduna imza atıb.
İdman.Biz xəbər verir ki, oyun ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçirilir.
Oyarzabal, tarixdə dünya çempionatı matçının ilk 30 dəqiqəsində topa bir dəfə də olsun toxunmayan ilk oyunçu olub.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.
