Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol “Mançester Siti” ilə müqaviləsini uzadıb.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, tərəflər 2031-ci ilin yayına qədər olan əmək müqaviləsi imzalayıblar. Klub xorvatiyalı futbolçunu əsas oyunçu hesab edir.
Qvardiol 2023-cü ilin yayından “Siti”də çıxış edir. Bu müddət ərzində xorvatiyalı futbolçu ingilis klubunda 122 oyunda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.
