Van Deyk Niderlandın dünya çempionatında ikinci ən yaşlı bombardiridir

15 İyun 2026 21:09
89
Van Deyk Niderlandın dünya çempionatında ikinci ən yaşlı bombardiridir

Niderlandın 34 yaşlı müdafiəçisi Vircil van Deyk dünya çempionatında ölkəsi üçün qol vuran ikinci ən yaşlı oyunçu olub.

İdman.Biz by barədə Opta-ya istinadən məlumat verir.

Yaponiya ilə 2:2 hesablı heç-heçə zamanı Van Deykin yaşı 34 il 341 gün olub. O, 50-ci dəqiqədə topu başı ilə qapıya göndərib.

Covanni van Bronkhorst Niderland millisinin ən yaşlı qol vuran oyunçusudur. O, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında Uruqvayla 3:2 hesablı yarımfinalın 18-ci dəqiqəsində qol vurub. O zaman onun yaşı 35 il 151 gün olub.

İdman.Biz