“Çelsi”yə Səudiyyə Ərəbistanından yeni baş məşqçi gəlir

23 Aprel 2026 19:11
140
“Çelsi”yə Səudiyyə Ərəbistanından yeni baş məşqçi gəlir

İngiltərənin “Çelsi” futbol klubunun rəhbərliyi Liam Rosenniorun istefasından sonra boş qalan baş məşqçi postu üçün axtarışlarını davam etdirir. London klubu bu vəzifəyə Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunu çalışdıran Mattias Yayssleni gətirməyi planlaşdırır.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadla xəbər verir ki, “zadəganlar” artıq 38 yaşlı almaniyalı mütəxəssisin təyinatı ilə bağlı ilkin hazırlıq işlərinə başlayıblar. 2023-cü ilin yayından Səudiyyə təmsilçisinə rəhbərlik edən Yaysslenin müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Gənc mütəxəssis cari mövsümdə “Əl-Əhli” ilə uğurlu çıxış edərək 28 turdan sonra 66 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Yayssle daha əvvəl “Zalsburq” və “Liferinq” klublarında göstərdiyi nəticələrlə diqqət çəkib. “Çelsi” rəhbərliyi onun gənc və hücummeyilli futbol fəlsəfəsinin komandaya sabitlik gətirəcəyinə ümid edir.

İdman.Biz