“Qalatasaray”la müqaviləsi mövsümün sonunda başa çatacaq Mauro Ikardinin gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb.
İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücumçu karyerasını vətənində - “River Pleyt” klubunda davam etdirəcək.
Mənbə iddia edir ki, “River Pleyt” İkardi ilə 2026-cı ilin əvvəlində – onun “Qalatasaray”la müqaviləsinin bitməsinə 6 ay qalmış danışıqlar aparmağa başlayıb.
Qeyd olunur ki, baş məşqçi Eduardo Coudet onu hücumda Sebastian Driussi ilə birlikdə oynatmaq istəyir.
