“Mançester Siti” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər planlaşdırır. Daha əvvəl yarımmüdafiəçi Bernardo Silvanın komandadan ayrılacağı açıqlanmışdı. Həmçinin klubun müdafiəçi Cons Stounzla da yollarını ayıra biləcəyi bildirilirdi.
İdman.Biz xəbər verir ki, "Football Insider"in məlumatına görə, mövsüm başa çatdıqdan sonra daha iki futbolçu - Omar Marmuş və Tidjani Reynders də “Mançester Siti”dən ayrılacaq.
Hər iki oyunçu kluba keçidindən sonra gözləntiləri doğrulda bilməyib və əsas heyətdəki yerlərini itiriblər. Cari mövsümdə Marmuş bütün turnirlərdə 30 oyunda iştirak edib, altı qol vurub və üç məhsuldar ötürmə verib. Reynders isə 44 matçda yeddi qol və yeddi assistlə yadda qalıb.
