İngiltərə Premyer Liqasının 33-cü turunda baş tutan və “erkən final” adlandırılan qarşılaşmada “Mançester Siti”nin “Arsenal”ı 2:1 hesabı ilə məğlub etməsi londonlu azarkeşlərin səbrini daşırıb. Çempionluq yolunda ağır zərbə alan “topçular”ın tanınmış tərəfdarlarından birinin reaksiyası sosial şəbəkələrdə gündəmə çevrilib.
İdman.Biz xəbər verir ki, “Arsenal”a olan bağlılığı ilə tanınan məşhur fenomen azarkeş oyunun bitiş fitindən sonra göz yaşlarını saxlaya bilməyib. O, stress keçirərək əynindəki klubu formasını parçalayıb.
Həmin anları sosial media hesabında paylaşan azarkeş “Artıq bezmişəm!” sözləri ilə klubun son illərdəki uğursuzluğuna və çempionluğun yenidən əldən qaçmaq ehtimalına etirazını bildirib. Bu paylaşım qısa müddətdə minlərlə reaksiya və şərh toplayıb.
