“Qarabağ” qapıçı transferini bitirir: Kapitan gəlir

4 İyun 2026 15:22
124
“Qarabağ” qapıçı transferini bitirir: Kapitan gəlir

Azərbaycanın “Qarabağ” futbol klubu Xorvatiyanın “Riyeka” futbol komandasının qapıçısı Martin Zlomisliçin transferini böyük ölçüdə razılaşdırdığı bildirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Xorvatiyanın “Germanijak” nəşri məlumat yayıb. Mənbənin xəbərinə görə, Bosniya və Herseqovina millisinin üzvü Ağdam təmsilçisinə keçməyə çox yaxındır. Tərəflər arasında əsas razılıq əldə olunub və yalnız bəzi formal detallar qalıb.

Bildirilir ki, “Riyeka” bu keçiddən təxminən 500 min avro (1 milyon AZN) gəlir əldə edəcək.

Zlomisliçin “Qarabağ”a keçidi karyerasının mühüm transferlərindən biri kimi təqdim edilir. O, “Riyeka”nın əsas qapıçılarından biri olmaqla yanaşı, həm də komandanın kapitanıdır.

İdman.Biz