“Zirə” yarımmüdafiəçisi Namik Ələskərovla yollarını ayırdı

“Zirə” yarımmüdafiəçisi Namik Ələskərovla yollarını ayırdı

“Zirə” Namik Ələskərovun komandadan ayrıldığını açıqlayıb.

İdman.Biz xəbər verir ki, klub 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Ələskərov “Zirə”yə 2025-ci ilin avqustunda qoşulub. Onun klubla müqaviləsi əvvəlcə 2027-ci ilin yayına qədər idi.

Qeyd edək ki, Namik Ələskərov karyerası ərzində “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Bursaspor” və “Sabah” kimi komandalarda da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.

İdman.Biz