“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb

4 İyun 2026 14:28
97
“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb

“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.

2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.

İdman.Biz