Ceremi Frimpong: “Virts mənim kimi sürətli olmasa da, düşüncəsi ilə hamıdan üstündür”

19 Aprel 2026 02:54
321
Ceremi Frimpong: “Virts mənim kimi sürətli olmasa da, düşüncəsi ilə hamıdan üstündür”

İngiltərənin “Liverpul” futbol komandasının müdafiəçisi Ceremi Frimpong ötən yay “Bayer”dən birlikdə transfer olunduqları Florian Virts barədə danışıb. Niderlandlı futbolçu almaniyalı yarımmüdafiəçinin oyun intellektini və komanda üçün əhəmiyyətini yüksək qiymətləndirib.

İdman.Biz “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Frimpong iki yaxın dostun eyni vaxtda başqa kluba keçməsinin nadir hadisə olduğunu bildirib.

“Flonun bizə keçəcəyini eşidəndə çox sevindim. Biz bir-birimizi yaxşı tanıyırıq, kimin topu harada istədiyini bilirik. Mən onun harada boşluq tapacağını, nə vaxt qol vurmaq üçün kömək istədiyini əla başa düşürəm. Onu deyə bilərəm ki, Flo olmasaydı, biz ötən mövsüm Leverkuzendə nə məğlubiyyətsiz Bundesliqa çempionluğunu, nə də kuboku qazana bilərdik”, - deyə müdafiəçi vurğulayıb.

Müdafiəçi Virtsin fərqli keyfiyyətlərindən də bəhs edib:

“Onun topla rəftarı möhtəşəmdir. Bəli, onda mənim sürətim yoxdur, amma o, düşüncəsi sayəsində hamıdan sürətlidir. O, zəka ilə oynayır və bunu ən yüksək səviyyədə sübut edib. “Bayer”də bizə qol lazım olanda və ya hücumda nəsə yaratmaq gərəkəndə Virts həmişə lazım olan yerdə olurdu. O, istədiyinə nail olan futbolçudur”.

Qeyd edək ki, hər iki futbolçu 2025-ci ilin yayında “Liverpul”a transfer olunub. Hazırda mersisaydlıların heyətində uğurla çıxış edən cütlük Premyer Liqada komandanın əsas güvənc yerlərindən hesab olunur.

İdman.Biz