Fransa Liqa 1-in 30-cu turu çərçivəsində keçirilən görüşdə “Lill” öz meydanında “Nitsa”nı qəbul edib. “Pyer Morua” stadionunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb – 0:0.
İdman.Biz xəbər verir ki, bu nəticədən sonra xallarının sayını 54-ə çatdıran “Lill” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. 29 xalı olan “Nitsa” isə 15-ci sırada yer alıb.
23:16
Fransa Liqa 1-in 30-cu turu çərçivəsində keçirilən görüşdə “Anje” öz meydanında “Havr”ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, matça daha fəal başlayan qonaqlar artıq 13-cü dəqiqədə hesabı açıblar. İssa Sumarenin ötürməsindən sonra Sofyan Bufal “Havr”ı önə çıxarıb. Meydan sahibləri bu qola 28-ci dəqiqədə cavab verə biliblər. Lilian Raolisoanın ötürməsini Prosper Piter qola çevirərək tarazlığı bərpa edib. Oyunun 75-ci dəqiqəsində Aruna Sanqante qırmızı vərəqə alaraq qonaqları azlıqda qoysa da, “Anje” bu üstünlükdən yararlana bilməyib.
Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran “Anje” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 30 xalı olan “Havr” isə 14-cü sırada yer alıb.
21:09
Fransa Liqa 1-in 30-cu turu çərçivəsində keçirilən görüşdə “Marsel” səfərdə “Loryan”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, Erik Vattellyenin idarə etdiyi matçda hesabı 28-ci dəqiqədə “Loryan”ın yarımmüdafiəçisi Panos Katseris açıb. Oyunun 58-ci dəqiqəsində isə hücumçu Bamba Dyenq fərqlənərək komandasının üstünlüyünü iki qata çatdırıb. Qalan dəqiqələrdə marsellilərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Bu məğlubiyyətdən sonra 52 xalda qalan “Marsel” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Xallarının sayını 41-ə çatdıran “Loryan” isə 9-cu sıraya yüksəlib.
