Bundesliqa: “Bayer” son dəqiqə qolu ilə məğlub oldu - YENİLƏNİR + VİDEO

18 Aprel 2026 20:05
222
Bundesliqa: “Bayer” son dəqiqə qolu ilə məğlub oldu - YENİLƏNİR + VİDEO

Almaniya Bundesliqasının 30-cu turunda gözlənilməz nəticə qeydə alınıb. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Bayer” öz meydanında “Auqsburq”u qəbul edib və 1:2 hesablı məğlubiyyətlə barışıb.

İdman.Biz xəbər verir ki, oyuna daha fəal başlayan leverkuzenlilər 12-ci dəqiqədə hesabı açıblar. Edmon Tapsobanın ötürməsini Patrik Şik qola çevirərək meydan sahiblərini önə çıxarıb. Lakin qonaqların sevinci cəmi üç dəqiqə çəkib. Matçın 15-ci dəqiqəsində Dimitris Yannulisin ötürməsindən sonra Fabian Rider tarazlığı bərpa edib.

Görüşün taleyi isə uzatma dəqiqələrində həll olunub. 90+7-ci dəqiqədə Fabian Rider penaltini dəqiq yerinə yetirərək həm dublunu rəsmiləşdirib, həm də komandasına üç xal qazandırıb.

Bu məğlubiyyətdən sonra 52 xalda qalan “Bayer” turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Xallarının sayını 36-ya çatdıran “Auqsburq” isə doqquzuncu sıraya yüksəlib.

19:43

Almaniya Bundesliqasının 30-cu turu çərçivəsində “PreTsero Arena”da keçirilən qarşılaşmada “Hoffenhaym” Dortmund “Borussiya”sını qəbul edib. Gərgin keçən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüşdə hesabı 42-ci dəqiqədə “mavi-ağlar” açıblar. Andrey Kramariç penaltini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. Dortmund təmsilçisi matçın sonlarına yaxın, 87-ci dəqiqədə Seru Qirassinin qolu ilə tarazlığı bərpa etsə də, xalı qoruya bilməyib. Qarşılaşmanın taleyi uzatma dəqiqələrində həll olunub. 90+8-ci dəqiqədə yenidən penalti nöqtəsinə yaxınlaşan Kramariç dublunu rəsmiləşdirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə çatdıran “Hoffenhaym” turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 64 xalı olan “Borussiya” isə ikinci pillədəki mövqeyində qalsa da, liderlə fərqin açılması təhlükəsi ilə üzləşib.

Növbəti turda “Hoffenhaym” aprelin 25-də səfərdə “Hamburq”un qonağı olacaq. Dortmundlular isə aprelin 26-da doğma meydanda “Frayburq”u sınağa çəkəcəklər.

Günün digər qaşılaşmasında “Volfsburq” səfərdə “Union” komandasının qonağı olub. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, canavarlar matça sürətli başlayaraq artıq 11-ci dəqiqədə hesabı açıblar. Yoakim Mehlenin ötürməsindən sonra Patrik Vimmer dəqiq zərbə ilə paytaxt təmsilçisini mərkəzə dəvət edib. İkinci hissənin əvvəlində qonaqlar üstünlüklərini iki qata çatdırıblar. 49-cu dəqiqədə Kristian Eriksenin ötürməsini Canan Peyçinoviç qola çevirib.

Meydan sahibləri oyunun sonlarında təzyiqi artıraraq 86-cı dəqiqədə Oliver Börkün qolu ilə fərqi minimuma endirsələr də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

“Volfsburq” bu qələbə ilə xallarını 24-ə çatdırsa da 17-ci pillədə qalıb. “Union” isə 32 xalla 11-ci pillədədir.

Paralel keçən digər oyunda isə “Verder” “Hamburq”u qəbul edib. Bremen təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edərək mühüm üç xalı aktivinə yazdırıb.

Matçda hesabı 37-ci dəqiqədə meydan sahibləri açıblar. Yukinari Suqavaranın ötürməsini Yens Stage qola çevirərək komandasını önə çıxarıb. Lakin bremenlilərin sevinci çox çəkməyib və 41-ci dəqiqədə Robert Qlattsel tarazlığı bərpa edib.

İkinci hissəyə daha fəal başlayan “Verder” 57-ci dəqiqədə yenidən üstünlük qazanıb. Kemeron Puertasın ötürməsindən sonra Stage dublunu rəsmiləşdirib. Oyunun sonlarına yaxın qonaqların vəziyyəti daha da ağırlaşıb: 79-cu dəqiqədə Filip Otele qırmızı vərəqə alaraq “Hamburq”u azlıqda qoyub. Matçın yekun nöqtəsini isə uzatma dəqiqələrində Kemeron Puertas qoyub.

Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran “Verder” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Eyni xala malik “Hamburq” isə top fərqinə görə 13-cü sıradadır.

İdman.Biz