Səudiyyənin “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalının gündəlik həyat tərzi və ciddi nizam-intizamı barədə maraqlı detallar paylaşıb.
İdman.Biz xəbər verir ki, Corcinanın sözlərinə görə, Ronaldunun günü hələ hər kəs yuxuda olarkən başlayır. Belə ki, təcrübəli oyunçu səhər saat 06:00-da oyanır, bədənini gümrahlaşdırmaq üçün dərhal idman hərəkətləri edir və bol su içir.

Qısa müddətli istirahətdən sonra səhər yeməyinə keçən Kriştianu əsasən meyvə, pendir və yumurta ilə qidalanır. Səhər yeməyindən dərhal sonra yenidən idman zalına yollanan ulduz futbolçu orada iki saat ərzində ağır çəkilərlə məşq edərək fiziki formasını qoruyur.

Günün sonunda isə bədəninin bərpa olunması üçün mütləq üzgüçülüklə məşğul olur ki, bu da onun günlük rejiminin ayrılmaz hissəsidir.

