Avstraliya çempionatında qağayılar cərimə zərbəsinə “mane oldular” - VİDEO

18 Aprel 2026 00:47
581
Avstraliya çempionatında qağayılar cərimə zərbəsinə “mane oldular” - VİDEO

Avstraliya çempionatında “Melburn Viktori” və “Nyukasl Cets” (2:2) komandaları arasında keçirilən qarşılaşmanın son dəqiqələri qeyri-adi görüntülərlə yadda qalıb. Meydançaya daxil olan onlarla qağayı oyunun gedişatına rəng qatıb.

İdman.Biz xəbər verir ki, matçın sonunda quşlar oyunçulardan çəkinməyərək birbaşa cərimə zərbəsi yerinə yetirilən nöqtənin ətrafına toplaşıblar. Futbolçular zərbəyə hazırlaşdığı anda qağayılar topun və oyunçuların tam yaxınlığında qərar tutublar.

Hətta səs-küyə və hərəkətə məhəl qoymayan quşlar sanki “canlı sədd” yaradıblar. Hakimlər oyunu dayandırmasa da, futbolçular quşlara xəsarət yetirmədən matçı davam etdirməyə çalışıblar.

İdman.Biz