Misli Premyer Liqası: "İmişli" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB + VİDEO

19 Aprel 2026 17:30
1 457
Misli Premyer Liqası: "İmişli" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB + VİDEO

"İmişli" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz" üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunda yeganə qolu 38-ci dəqiqədə Salahlı vurub.

Görüşün baş hakimi Kamal Umudlu olub.

16:10

"İmişli" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz"lə keçirilən oyunda hesabı açıb.

İdman.Biz xəbər verir ki, görüşün 38-ci dəqiqəsində Salahlı fərqlənərək komandasını önə keçirib - 0:1.

15:30

Bu dəqiqələrdə futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz” və “İmişli” komandaları qarşılaşır.

İdman.Biz xəbər verir ki, görüş Yevlax şəhər stadionunda keçirilir.

Matçdan əvvəl “Kəpəz” 21 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alırdı. 26 xala malik “İmişli” isə doqquzuncu mövqedə qərarlaşmışdı.

09:45

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turuna iki oyunla yekun vurulur. Günün ilk qarşılaşması Yevlax şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Kəpəz” “İmişli”nı qəbul edəcək.

Oyun saat 15:30-da başlayacaq. “Kəpəz” 21 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 26 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
19 aprel
15:30. “Kəpəz” - “İmişli”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu

İdman.Biz