Xavyer Maskeranonun istefasından sonra “İnter Mayami” klubunun yeni baş məşqçisi bəlli olub. ABŞ təmsilçisini yay sonuna qədər Lionel Messinin “futbol atası” hesab olunan Gilyermo Oyos çalışdıracaq.
İdman.Biz xəbər verir ki, Oyos argentinalı ulduzla hələ “Barselona”nın akademiyasında birgə çalışıb.
Tərəflərin uzun illərə dayanan yaxın münasibətləri fonunda bu təyinatın komandaya müsbət təsir edəcəyi gözlənilir.
