İtaliya nəhəngi “Yuventus” futbol klubu qarşıdakı yay transfer mövsümünə iddialı hazırlaşır. Turin təmsilçisi heyətini bir neçə dünya səviyyəli futbolçu ilə gücləndirmək niyyətindədir.
İdman.Biz xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, “qoca sinyora”nın hədəfində üç böyük ulduz yer alıb.
İtalyanlar “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva, “Barselona”nın hücumçusu Robert Levandovski və “Liverpul”un qapıçısı Alisson Bekkerin transferini həyata keçirmək üçün ciddi fəaliyyətə başlayıblar.
Klub bu keçidlərlə həm daxili çempionatda, həm də Avropa arenalarında əvvəlki dominantlığını bərpa etmək istəyir.
