"Sabah"ın hücumçusu Coy-Lens Mikelsin "Qarabağ"la oyunda aldığı zədənin detalları bəlli olub.
İdman.Biz xəbər verir ki, ilkin tibbi müayinənin nəticəsinə əsasən, futbolçunun üz nahiyəsində sınıq aşkarlanıb.
Zədə "Qarabağ"la keçirilən qarşılaşmada qeydə alınıb. Həmin oyunda "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Futbolçunun bərpa müddəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.
