"Neftçi" "Qarabağ"la oyunların biletlərini satışa çıxardı

19 Aprel 2026 14:10
205
"Neftçi" "Qarabağ"la oyunların biletlərini satışa çıxardı

"Neftçi" Misli Premyer Liqasında "Qarabağ"a qarşı keçirəcəyi növbəti iki oyun üçün biletlərin satışına start verib.

İdman.Biz xəbər verir ki, paytaxt klubu Ağdam təmsilçisini aprelin 26-da saat 19:00-da 29-cu turun oyunu çərçivəsində, aprelin 30-da isə saat 20:00-da 21-ci turdan təxirə salınmış görüşdə qəbul edəcək. Hər iki qarşılaşma "Palms Sports Arena"da baş tutacaq.

Bildirilib ki, biletlər artıq satışdadır və azarkeşlər bir bilet almaqla hər iki oyunu tribunadan izləyə bilərlər. Biletləri "Neftçi"nin mobil tətbiqi və rəsmi saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

İlk oyun üçün biletlərin qiyməti sektorlardan asılı olaraq 2 manatdan 20 manata qədər dəyişir. Hər iki oyuna paket şəkildə ("bundle") alınan biletlərin qiyməti isə 3 manatdan 36 manata qədərdir və bu yalnız onlayn alışlara şamil olunur.

Bundan əlavə, stadionun kassalarında biletlər oyun günləri saat 12:00-dan etibarən satışda olacaq.

İdman.Biz
Məqalədə: