Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a qalib gəldikləri oyunda yeganə qolun müəllifi olan Abdullax Xaybullayev qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, “Sabah”ın heyətində ilk qolunu vuran yarımmüdafiəçi qələbənin hər şeydən vacib olduğunu vurğulayıb.
Xaybullayev emosiyalarını ifadə etməkdə çətinlik çəkdiyini və özünü həm qəhrəman, həm də antiqəhrəman kimi hiss etdiyini bildirib. O, qol vurmasına baxmayaraq, lazımsız qırmızı vərəqə aldığını, lakin “Qarabağ” kimi güclü rəqibə qarşı başqa cür mübarizə aparmağın mümkün olmadığını qeyd edib.
Futbolçunun sözlərinə görə, komanda ilk dəqiqədən sona qədər döyüşüb və hətta birinci hissədə hesabı daha da artıra biləcək epizodlar yaradıblar.
Əsas hədəflərinin qalan beş turda da maksimum nəticə göstərmək olduğunu deyən Abdullax, “Sabah”la Azərbaycan çempionluğunu qazanmaq istədiklərini xüsusi vurğulayıb.
