Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” qarşılaşması heç-heçə başa çatdı - YENİLƏNİB + VİDEO

17 Aprel 2026 21:36
1 326
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” qarşılaşması heç-heçə başa çatdı - YENİLƏNİB + VİDEO

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Zirə” - “Neftçi” qarşılaşması 1:1 hesabı ilə başa çatdı.

Bu hesabdan sonra komandalar aktivlərinə bir xal yazdıraraq müvafiq olaraq dörd və beşinci pillədə qərarlaşıblar. Hazırda "Zirə"nin 45, "Neftçi"nin isə 44 xalı var.

21:28

Oyunun uzatma dəqiqələrində - 94-cü dəqiqədə Brahim Konate "Zirə"nin bərabərlik qolunu vurur - 1:1.

20:58

“Neftçi”nin heyətindən İmad Faraj 63-cü dəqiqədə hesabı açır - 0:1.

19:29

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində günün ikinci qarşılaşması - “Zirə” - “Neftçi” oyunu başladı.

18:32

"Zirə" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Neftçi"ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Zirə”: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins

Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 70. Andrey Ştoqrin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

09:43

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində ikinci qarşılaşma Zirə İdman Kompleksinin stadionuda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “Neftçi”ni qəbul edəcək.

Oyun saat 19:30-da başlayacaq. “Zirə” 44 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 43 xala malik “Neftçi” isə beşincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
17 aprel
19:30. “Zirə” - “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.

İdman.Biz
Məqalədə: