UFC-nin yüngül çəki dərəcəsində sabiq çempionu Həbib Nurməhəmmədov Madrid “Real”ına olan böyük sevgisini etiraf edib.
İdman.Biz xəbər verir ki, tanınmış idmançı uşaqlıqdan futbolu yaxından izlədiyini və dünya nəhənglərindən dəvət alacağını heç vaxt xəyal etmədiyini bildirib.
Nurməhəmmədov bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Uşaqlıqdan futbolu izləyirəm. O vaxtlar dünyanın ən yaxşı klublarının məni qonaq çağıracağını təsəvvür belə edə bilməzdim. İndiyə qədər bir çox klubun stadionunu və məşq mərkəzini ziyarət etmişəm. Lakin Madrid “Real”ı mənim qəlbimin klubudur”.
Xatırladaq ki, dağıstanlı döyüşçü dəfələrlə “Kral klubu”nun oyunlarında iştirak edib və komandanın futbolçuları ilə yaxın münasibətə malikdir. Həbib uzun illərdir İspaniya nəhənginin ən sadiq azarkeşlərindən biri kimi tanınır.
