19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü məğlubiyyətini alıb.
İdman.Biz xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan yığmasına uduzub.
Xorvatiyanın Luçko şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub. 90+3-cü dəqiqədə Aysu Əsədova qırmızı vərəqə alaraq meydanda qovulub.
Qeyd edək ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.
10:35
Bu gün 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv Gürcüstan ilə münasibətlərə aydınlıq gətirəcək.
Görüş Xorvatiyanın Luçko şəhərində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.
