İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 28-ci turunda “Araz-Naxçıvan” - “Turan Tovuz”u qəbul edib.
Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmasa da, ikinci hissədə Qərb bölgəsi təmsilçisi “Araz-Naxçıvan”ın qapısından üç cavabsız top keçirib.
Bu hesabla “Turan Tovuz” (3) xallarını 55-ə çatdıraraq ən yaxşın izləyicisi "Zirə"ni 11 xal qabaqlayıb. "Araz-Naxçıvan" isə 39 xalla altıncı pillədə qalıb.
18:54
Joarlem Santos 92-ci dəqiqədə dubl etdi - 0:3
18:44
Joarlem Santos 82-ci dəqiqədə "Turan Tovuz"un ikinci qolunu vurdu - 0:2.
18:33
71-ci dəqiqədə İbrahima Vadji "Turan Tovuz"u hesabda önə çıxarır - 0:1.
18:00
İdman.Biz xəbər verir ki, futbol üzrə Misli Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda ikinci hissə başlayıb. İlk 45 dəqiqədən sonra hesab açılmayıb.
17:47
Futbol üzrə Misli Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda birinci hissə başa çatıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.
17:00
Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turunun “Araz-Naxçıvan” - “Turan Tovuz” oyunu start götürüb.
İdman.Biz xəbər verir ki, oyunu hakim Rauf Cabarov idarə edir.
16:06
“Araz-Naxçıvan” Misli Premyer Liqasının 28-ci turunda “SOCAR Polymer Arena”da “Turan Tovuz”u qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. İbrahima Vadji 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev
09:21
Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turunun oyunu “Araz-Naxçıvan” “Turan Tovuz” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rauf Cabarov idarə edəcək.
“Araz-Naxçıvan” 39 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb. 52 xala malik “Turan Tovuz” isə üçüncüdür.
Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
17 aprel
17:00. “Araz-Naxçıvan” - “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“SOCAR Polymer Arena”
Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.
