“Real”ın müdafiəçisi altı kiloqram çəki itirib

19 Aprel 2026 00:33
203
“Real”ın müdafiəçisi altı kiloqram çəki itirib

İspaniyanın “Real” futbol komandasının mərkəz müdafiəçisi Raul Asensio səhhətində yaranan ciddi problemlər səbəbindən sıradan çıxıb.

İdman.Biz xəbər verir ki, qastroenterit diaqnozu qoyulan 23 yaşlı futbolçunun vəziyyəti xəstəxanada müalicə olunmasını tələb edir.

Gənc müdafiəçi xəstəliyi səbəbindən son iki həftə ərzində altı kiloqram çəki itirib. Artıq xəstəxanadan evə buraxılan Asensio La Liqanın növbəti turunda “Alaves”lə görüşdə də komandasına kömək edə bilməyəcək.

İdman.Biz