Coy-Lens Mikels: “Barselona”ya iki-üç qol vura bilərdik”

26 Noyabr 2026 03:39
60
Coy-Lens Mikels: “Barselona”ya iki-üç qol vura bilərdik”

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İspaniyanın “Barselona” klubuna 1:4 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, almaniyalı hücumçu UEFA-nın rəsmi saytına müsahibəsində Bakı klubunun qol imkanlarından daha səmərəli istifadə edəcəyi təqdirdə daha yaxşı nəticə qazana biləcəyini söyləyib.

“Barselona”ya qarşı oynamaq hamımız üçün xüsusi hadisə idi. İlk hissədə yaxşı oyun nümayiş etdirdik və qol vurmaq imkanlarımız oldu. Top qapı dirəyinə dəydi, iki-üç qol vura bilərdik. Lakin “Barselona” kimi komandaya qarşı oyunda öz imkanlarından istifadə etmirsənsə, rəqib öz fürsətlərini dəyərləndirir. Aramızdakı ən böyük fərq məhz bundan ibarət idi”, - deyə Mikels bildirib.

Hücumçu İspaniya nəhənginin qapısına qol vurmaqla bağlı təəssüratlarını da bölüşüb və dubl etmək fürsətini əldən verməsindən təəssüfləndiyini gizlətməyib:

“Barselona”ya qol vurduğum üçün çox xoşbəxtəm. Bununla yanaşı, ikinci qolu vurmaq imkanım da var idi və həmin epizodda fərqlənməli idim”.

Qeyd edək ki, fasilədən sonra meydana daxil olan Mikels 63-cü dəqiqədə Kristian Nvaçukvunun ötürməsindən yararlanaraq “Sabah”ın qarşılaşmadakı yeganə qolunu vurub.

İdman.Biz