“Real Sosyedad”ın hücumçusundan Kral Kuboku tarixində rekord qol - VİDEO

19 Aprel 2026 15:45
182
“Real Sosyedad”ın hücumçusundan Kral Kuboku tarixində rekord qol - VİDEO

“Real Sosyedad” futbol komandasının hücumçusu Ander Barreneçea İspaniya Kral Kubokunun finallar tarixində ən sürətli qolun müəllifi olub. Bu tarixi hadisə 2025/2026 mövsümünün final matçında, Madrid “Atletiko”su ilə qarşılaşmada qeydə alınıb.

İdman.Biz xəbər verir ki, oyunun hələ 14-cü saniyəsində fərqlənən Barreneçea rekordu yeniləyib. O, 1952-ci ildə “Valensiya”nın futbolçusu Manuel Badenesin 17-ci saniyədə vurduğu qolla müəyyənləşdirdiyi nəticəni geridə qoyub.

Qeyd edək ki, oyunun əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. 4:3 hesabı ilə qalib gələn “Real Sosyedad” kuboku başı üzərinə qaldırıb.

İdman.Biz