“Neftçi”dən sərt reaksiya: “Lal, kar, kor VAR” - FOTO/VİDEO

18 Aprel 2026 00:19
182
“Neftçi”dən sərt reaksiya: “Lal, kar, kor VAR” - FOTO/VİDEO

Misli Premyer Liqasının 28-ci turunda baş tutan “Zirə” - “Neftçi” (1:1) qarşılaşmasından sonra qonaq klub hakimlikdən narazılığını kəskin şəkildə ifadə edib.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” rəsmi sosial şəbəkə hesablarında VAR sisteminə və hakimlərə ünvanlanmış ironik paylaşım ediblər.

Klub rəhbərliyi matçın son dəqiqələrində yaşanan gərginlik və mübahisəli epizodlara reaksiya olaraq “Lal, kar, kor VAR” ifadəsinin yer aldığı post paylaşıb.

Xatırladaq ki, oyunun 90+4-cü dəqiqəsində “Zirə”nin vurduğu bərabərlik qolundan sonra “Neftçi”nin texniki heyəti epizodun ofsayd olduğunu bildirərək VAR-a baxılmasını tələb etmişdi. Baş hakim İnqilab Məmmədovun bu tələblərə məhəl qoymaması və baş məşqçi Yuri Verniduba qırmızı vərəqə göstərməsi gərginliyi pik həddə çatdırmışdı.

İdman.Biz