İtaliya Seriya A-nın 33-cü turu çərçivəsində “İnter” doğma meydanda “Kalyari”ni qəbul edib. “Cuzeppe Meatsa” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, baş hakim Matteo Markettinin idarə etdiyi matçda bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə Markus Türam hesabı açıb. Cəmi 5 dəqiqə sonra Nikolo Barella “neradzurri”nin üstünlüyünü artırıb. Görüşə son nöqtəni isə uzatma dəqiqələrində (90+2) Pyotr Zelinski qoyub.
Bu qələbədən sonra xallarının sayını 78-ə çatdıran “İnter” turnir cədvəlində liderliyini davam etdirir. 33 oyundan sonra 33 xalı olan “Kalyari” isə 16-cı pillədə qərarlaşıb.
22:45
İtaliya Seriya A-nın 33-cü turunun açılış matçında “Sassuolo” doğma meydanda “Komo”nu qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, “Sassuolo” oyunun taleyini ilk hissənin sonunda həll edib. 42-ci dəqiqədə M'bala Nzolanın ötürməsini Kristian Volpato qola çevirərək hesabı açıb. Cəmi iki dəqiqə sonra Nzola özü fərqlənərək komandasının üstünlüyünü artırıb. Qonaqlar fasiləyə yollanmazdan əvvəl Nikolas Pasın qolu ilə fərqi azaltsalar da, ikinci hissədə hesabı bərabərləşdirə bilməyiblər.
Bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran “Sassuolo” turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. 58 xalı olan “Komo” isə beşinci yerdə qalıb.
