Kurban Berdiyev: “Çempionatın sonuna yaxın çox vacib üç xal əldə etdik”

17 Aprel 2026 19:51
191
Kurban Berdiyev: “Çempionatın sonuna yaxın çox vacib üç xal əldə etdik”

“Turan Tovuz” Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub edib. Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

“Çox çətin və vacib qələbə qazandıq. İkinci hissədə göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik” – deyə baş məşqçi qeyd edib.

İdman.Biz