“Fənərbağça”dan məktəb hücumları ilə bağlı həssas addım

17 Aprel 2026 19:42
134
“Fənərbağça”dan məktəb hücumları ilə bağlı həssas addım

Türkiyənin “Fənərbağça” futbol klubu ölkədə baş verən məktəb hücumları ilə əlaqədar rəsmi bəyanat yayıb. İstanbul təmsilçisi yaşanan hadisələrdən dərin üzüntü duyduğunu bildirib.

İdman.Biz klubun rəsmi sosial şəbəkə hesabına istinadla xəbər verir ki, ölkənin keçdiyi həssas dövrlə əlaqədar bu gün Şükrü Saracoğlu stadionunda keçiriləcək “Çaykur Rizaspor” matçı öncəsi planlaşdırılan bütün vizual şoular, musiqi yayımları və əyləncə xarakterli tədbirlər ləğv olunub.

“Yaşanan bu acı hadisələrdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə təcili şəfalar diləyirik” - deyə klubun açıqlamasında qeyd olunub.

İdman.Biz