“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı üzvlərindən olan Elvin Cəfərquliyevlə bağlı sərt qərar qəbul edib. Təcrübəli mütəxəssis müdafiəçini əsas heyətdən uzaqlaşdırıb.
“Qarabağ” futbol klubundan İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, bu addımın atılmasına səbəb futbolçunun nizam-intizam qaydalarını pozması olub.
Sözügedən qərar Misli Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Şamaxı” - “Qarabağ” oyunundan dərhal sonra verildiyi vurğulanıb.
Qeyd edək ki, Qurban Qurbanov müdafiəçisi Abbas Hüseynovu da eyni səbəblə əsas komandadan kənarlaşdırıb.
Klubdan əlavə olaraq bildirilib ki, hələlik Elvin Cəfərquliyevin və Abbas Hüseynovun nə vaxta qədər əsas komandadan kənarda qalacağı və məşqlərini hansı statusda davam etdirəcəyi bilinmir və bu qərar baş məşqçinin səlahiyyətindədir.
Aqil Tağıyev
13:41
“Qarabağ” futbol klubu sabah Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a qarşı oyuna ciddi itkilərlə çıxacaq.
Ağdam klubundan İdman.Biz-ə verilən məlumata görə, komandanın futbolçusu Abbas Hüseynov əsas komandadan kənarlaşdırılıb.
2017-ci ildən “köhlən atlar”ın sıralarında çıxış edən A.Hüseynov nizam-intizam qaydalarını pozduğuna görə əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçusu Samir Mmae də eyni aqibəti yaşayıb. Mərakeş kökənli müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la Bakıda keçirilən ilk oyunun (1:6) fasiləsində qeyri-peşəkar davranış sərgiləyib və ikinci hissədə meydana çıxmaqdan imtina edib.
Xatırladaq ki, “Qarabağ” 56 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. 66 xala malik “Sabah” isə liderdir. Qarşılaşma sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:30-da start götürəcək.
