Rəşad Sadıqov “Neftçi” ilə oyunda əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək

17 Aprel 2026 14:56
152
Rəşad Sadıqov “Neftçi” ilə oyunda əsas heyət üzvünün xidmətindən yararlana bilməyəcək

Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində “Neftçi”ni qəbul edəcək “Zirə”nin meydana neçə itki ilə çıxacağı dəqiqləşib.

İdman.Biz xəbər verir ki, “qartallar”ın sözçüsü Elmar Abdullazadə bildirib ki, cəzalı futbolçu yoxdur.

“Rüfət Abdullazadə isə zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcək”, - deyə o, fanat.az-a açıqlamasında söyləyib.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Neftçi” qarşılaşmasının start fiti 19:30-da səslənəcək. Hazırda “Zirə” 44 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 43 xala malik “Neftçi” isə beşincidir.

İdman.Biz