Mahmud Qurbanov: “Yuri Vernidubun gəlişindən sonra müsbət dəyişiklik özünü göstərir”

17 Aprel 2026 15:55
148
Mahmud Qurbanov: “Yuri Vernidubun gəlişindən sonra müsbət dəyişiklik özünü göstərir”

“Hər iki komanda üçün bu oyun çox vacibdir. “6 xallıq” qarşılaşmadır. Qalib gələn tərəf çempionatın qalan turları ərəfəsində psixoloji üstünlük qazanacaq”.

Bu sözləri Azərbaycan millisinin sabiq üzvü və məşqçisi Mahmud Qurbanov deyib.

53 yaşlı veteran futbolçu bu gün Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Zirə” - “Neftçi” qarşılaşmasından gözləntilərini bölüşüb.

“Neftçi” ardıcıl qələbələr qazandıqca futbolçuların qələbə əzmi daha da artır. Bunu son oyunlarda da aydın görmək mümkündür. Komandanın çıxışı getdikcə yaxşılaşır və bu temp qorunub saxlanarsa, mövsümün sonunda qarşıya qoyulan məqsədə çatmaq real görünür. Yuri Vernidubun gəlişindən sonra müsbət dəyişiklik özünü göstərir. Futbolda ən vacib meyar məhz nəticədir və uğurlu nəticələr baş məşqçinin işinin keyfiyyətindən xəbər verir. Komandanın daxilində baş verənləri tam qiymətləndirmək üçün içəridə olmaq lazım olsa da, kənardan baxdıqda “Neftçi”nin daha fəal və istəkli oyun nümayiş etdirdiyi açıq şəkildə görünür”, - deyə o, sport24.az-a açıqlamasında deyib​.

Qeyd edək ki, “Neftçi” - “Zirə” qarşılaşması avrokuboklara getmək yolunda vacib oyun sayılır. Oyunun start fiti saat 19:30-da veriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında qalib müəyyənləşməyib.

İdman.Biz