Lənkəranda UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb - FOTO

17 Aprel 2026 13:29
149
Lənkəranda UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb - FOTO

AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib.

Ona yerli məşqçilər Rövşən Süleymanov və Cavid Quliyev kömək göstəriblər.

Kursun ikinci mərhələsi mayın 5-dən 8-dək, üçüncü mərhələsi mayın 26-dan 29-dək, dördüncü mərhələsi isə iyunun 15-dən 20-dək baş tutacaq.

İdman.Biz